“Bilirdim ki, Prezident məni xilas edəcək”

bilirdim-ki-prezident-meni-xilas-edecek
Oxunma sayı: 7617

“Özümü yaxşı hiss edirəm. Səhhətim də normaldır”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahov deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən əsgərimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.