“Bilirdim ki, qollar gələcək...”

bilirdim-ki-qollar-gelecek
Oxunma sayı: 759

Azərbaycan futzal milli komandasının baş məşqçisi Biro Jade Avropa çempionatının final mərhələsində vəsiqə qazandıqları Macarıstan yığması ilə matçdan sonra mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, braziliyalı mütəxəssis 6:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalsitlərin suallarını cavablandırıb. 

- İlk növbədə AFFA -nın baş katibi Elxan Məmmədovu, Futzal Federasiyamızın prezidenti Zaur Axundovu, futzalçılarımızı təbrik eidrən. Özü də tək meydanda olanları yox, hamısını. Komanda ilə psixoloji söhbətlərimiz çox oldu. Oyunçulara izah edirdim ki, evdə təşəbbüs bizdə olmalıdı. Bu gün daha yaxşı oynadıq. 

- İlk 8 dəqiqədə hesabda geridə idik. Hansı hissləri keçirirdiniz?

- Sakit idim. Nəzarət bizdə idi. Bilirdim ki, qollar gələcək. 

- Sizi tək qələbəylə yox, həm də müqavilənizin uzadılması ilə əlaqədar təbrik edirik. Ancaq bu tsikl istədiklərimizi görmədik...

- Hər bir oyunçusu təhlil edəəcyik. Razıyam, final mərhələsi üçün güclənməliyik. Ancaq konkret hələ heç nə yoxdu.