Bill Qeyts koronavirusa qarşı peyvənd olundu

bill-qeyts-koronavirusa-qarsi-peyvend-olundu
Oxunma sayı: 1569

“Microsoft”un qurucusu, multi-milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus əleyhinə peyvəndin ilk dozasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində məlumat verib:

“65 yaşın üstünlüklərindən biri də odur ki, COVİD-19-a qarşı vaksin hüququna maliksən. Bu həftə mən ilk dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və bizi bu ana gətirib çıxaran öndə olan həkimlərə təşəkkür edirəm”.

Qeyd edək ki, milyarder bununla belə hansı vaksinin dozasını aldığını açıqlamayıb.