ABŞ-ın “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts Yaponiyanın birinci dərəcəli “Doğan Günəş” ordeninə layiq görülüb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Yaponiya hökumətinin qərarında deyilir.
Ümumilikdə siyahıda 57 ölkə və regiondan 117 əcnəbi, eləcə də 4 mindən çox yapon var.
Qeyd edək ki, “Doğan Günəş” ordeni 1875-ci ildə təsis edilib, onun səkkiz dərəcəsi var. Ötən əsrin ikinci yarısından etibarən ona SSRİ və Rusiyanın onlarla vətəndaşı, əsasən isə Yaponiyanın elm və incəsənət xadimləri, şərqşünasları, tədqiqatçıları layiq görülüblər.
Son xəbərlər
Son Xəbərlər