Bill Qeytsin qızı müsəlmana ərə getdi - Fotolar

bill-qeytsin-qizi-muselmana-ere-getdi
Oxunma sayı: 11806

Dünyanın ən zəngin insanlarından biri, “Microsoft” şirkətinin təsisçisi Bill Qeytsin 25 yaşlı qızı Cennifer Katarina Qeytsin ötən həftəsonu toyu olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, Çikaqodan olan 30 yaşlı misirli peşəkar jokey Nail Nassara ərə gedib.

300 nəfərin iştirakı ilə keçirilən toyda Britaniyanın “Coldplay” rok qrupu çıxış edib.

Qeyd olunur ki, cütlüyün toyu iki gün davam edib. Mərasim 2 milyon dollara (3,4 milyon AZN) başa gəlib.

Ötən cümə günü isə sevgililər müsəlman adətləri ilə nikaha girib. Mərasim Qeytslərin Nyu-York ştatındakı malikanəsində keçirilib.