Cənubi Afrikanın “Mamelodi Saundaunz” klubunda oynayan Xama Billiat yenidən "Qarabağ"ın transfer hədəfində yer alıb.
“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı hücumçu "Qarabağ"a keçmək qərarını verib. Bu barədə xəbəri CAR mətbuatı yayıb.
Billiat universallığı ilə seçilir. Zimbabve millisinin üzvü hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.
Qeyd edək ki, 2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən Xama Billiatın müqaviləsi mövsümün sonunda başa çatır.
Son xəbərlər
Son Xəbərlər