“Mən 2 gün Həsənlə birlikdə olmuşam. Ondan sonra onun başına nə gəldiyindən xəbərim olmadı. Biz ayrı düşdük. Ancaq mən bilmirdim ki, Həsən vurulub”.
"Qafqazinfo" xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş mülki vətəndaş Dilqəm Əsgərov deyib.
O bildirib ki, 4 gün Həsənsiz qalıb və sonradan yenidən Həsən vurulan yerə qayıdıb: “Fikirləşdim ki, bəlkə yaralı olar, yaxud qaçıb. Həmin yerə mən çatanda mən yaralanmışdım. Vertolyot məni mühasirəyə aldı. Erməni də Şahbaz Quliyevin, Həsən Həsənovun artıq onların əlində olduğunu dedi. Mənim də cəmi 7 patronum qalmışdı. Təslim olmağı özümə sığışdırmırdım. Çünki hardasa 10 dəfə oralara getmişdim. Mən tutulan gün Qırmızı Xaç komitəsindən məni axtarırdılar. Ermənilər məni Xankəndinə gətirən kimi həmin gün onlar mənimlə görüşdülər. Məndən soruşdular ki, neçə nəfər olubsunuz? Yalandan dedim ki, 4 nəfər. Əsas məqsədim Həsəndən məlumat almaq idi. Onda baxdı və dedi ki, Həsən Həsənov yoxdur. O zaman bildim ki, Həsən ölüb”.
Son xəbərlər
Son Xəbərlər