İmişlidə döyülən jurnalist - Foto

imislide-doyulen-jurnalist-foto
Oxunma sayı: 653

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb jurnalistin məmurlar tərəfindən döyülməsidir. M. Zülfüqarlı bildirib ki, daşqınlardan sonra tikilən evlərin monitorinqini aparıb və o evlərin böyük əksəriyyətinin rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidovun yaxın qohumlarına verildiyi üzə çıxıb. Bu araşdırmadan sonra isə M. Zülfüqarlı R. Zahidovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Məlumata görə rayon polis idarəsi isə tərəflərə barışıq təklif etsə də jurnalist bundan imtina edib.

Kür Vətəndaş Cəmiyyəti Qərargahı bildirib ki, jurnalistin döyülməsi faktı ilə bağlı qurum rəhbərliyi hazırda İmişli rayonundadır və məsələ araşdırılır. Həmçinin bu faktla bağlı beynəlxalq təşkilatlara müraciət edilməsi də nəzərdə tutulur.