İmişlidə vəziyyət daha da gərginləşdi

imislide-veziyyet-daha-da-gerginlesdi
Oxunma sayı: 760

“Qafqazinfo”ya açıqlama verən qərargahın koordinatoru Oqtay Gülalıyev bildirib ki, icra nümayəndələri qərargah üzvləri ilə görüşən yerli sakinləri hədələyir, onlara cəmiyyətə verdikləri ərizələri geri götürməyi tələb edirlər: Onlar bildirirlər ki, təzyiqlər qərargah üzvləri rayonu tərk edəndən başlayıb. İcra nümayəndələrinin bu hərəkəti ilə bağlı bizim tərəfimizdən müvafiq addımlar atılacaq. O Gülalıyev deyib ki, məsələ ilə bağlı qərargah bəyanat yayacaq.

Qeyd edək ki, bir neçə gün öncə qərargahın üzvləri İmişli sakinləri ilə görüşüblər. Daşqınlardan əziyyət çəkən sakinlər acınacaqlı vəziyyətləri barədə məlumat veriblər. Görüşdə vətəndaşları narahat edən problemlər dinlənilib. Onların istəkləri və iştirakları ilə rayonun özündə və ətraf kəndlərdə evlərə, təsərrüfatlara baxış keçirilib. Evlərin hazırkı durumu fotolentə köçürülərək siyahıya alınıb.