İmmiqrantlar Fransadan çıxarıla bilər

immiqrantlar-fransadan-cixarila-biler-
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Fransanın dövlət başçısının sözlərinə görə, gəlmələrin inteqrasiya sistemi çox pis işləyir. Sarkozi deyib ki, dövlət bu sayda immiqrant üçün yaşayış yerləri, iş və məktəb tapmaqda çətinlik çəkir.

Sarkozi seçkiqabağı müracətində immiqrantların sayının yarıbayarı azaldılacağını deyib.

Fransada prezident seçkiləri aprelin 22-də keçiriləcək. Qalibin ikinci turda müəyyən ediləcəyi gözlənilir. Seçkilərin ikinci turu mayın 6-da baş tuta bilər.