ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun rəhbəri Maykl Evanoff axtarışda olan “Əl-Qaidə” terror təşkilatının sabiq rəhbəri Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin yeri ilə bağlı versiyalar səsləndirib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, Həmzənin Əfqanıstan-Pakistan sərhədinə yaxın bölgədə gizləndiyinin ehtimal edildiyini deyib.
Xatırladaq ki, dünən ABŞ hökuməti Həmzənin yerini deyəcək şəxsə 1 milyon dollar mükafat verəcəyini elan edib.
Son xəbərlər
Son Xəbərlər