Bin Ladenin oğlunun yerini deyənə 1 milyon veriləcək

bin-ladenin-oglunun-yerini-deyene-1-milyon-verilecek
Oxunma sayı: 1170

ABŞ “Əl-Qaidə” terror təşkilatının rəhbəri Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin yerini söyləyənə 1 milyon dollar mükafat verəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik təhlükəsizlik bürosunun başçısı Maykl Evanoff  bildirib.

Evanoffun sözlərinə görə, ABŞ əvvəlcə Həmzəyə qarşı sanksiya tətbiq etsə də, artıq o, Amerika vətəndaşları üçün ciddi təhlükə riski daşıyır.