Bin Ladenin varisi öldü - Yerini deyənə 1 milyon veriləcəkdi

bin-ladenin-varisi-oldu
Oxunma sayı: 1975

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin oğlu və varisi Həmzə bin Laden ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Times” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Həmzənin nə vaxt öldürülməsi haqda açıqlama verilməyib. ABŞ rəsmiləri də məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə görülən Həmzə bin Laden “Əl-Qaidə” militanlarına, atasını öldürdüyü üçün ABŞ-a qarşı hücum çağırışı etmişdi. Amerika hökuməti isə Həmzənin yerini söyləyənə 1 milyon dollar mükafat vəd etmişdi.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci il mayın 2-də Pakistanda öldürülüb.