Bin Ladenin yerini deyən həkimin vəkili öldürüldü

bin-ladenin-yerini-deyen-hekimin-vekili-olduruldu
Oxunma sayı: 1329


"Qafqazinfo"nun AzadlıqRadiosuna istinadən məlumatına görə, naməlum silahlılar Samiullah Afridi evinə qayıdarkən onun maşınını atəşə tutublar.

O yaraqlılar tərəfindən təhdid edildikdən sonra Pakistanı müvəqqəti olaraq tərk etmiş və mediaya bildirmişdi ki, doktor Shakil Afridi-nin işi ilə daha məşğul olmur.

Bu qətl üçün azı iki Talibana bağlı qrup məsuliyyəti öz üzərinə götürüb.

Vəkillə yalnız familiyaları eyni olan həkim Afridi onun barəsində çıxarılmış 33 illik həbs cəzası hökmünə qarşı apelyasiya ərizəsi verib. Həkim doğma şəhəri olan Xeybərdə Ləşkəre-İslami silahlı qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.

Onun ailə üzvləri bu itthamı qondarma hesab edirlər və bildirirlər ki, həkim Mərkəzi Kəşfiyyat İdarəsinə Osama bin Laden-i tapmaqda kömək etdiyinə görə cəzalandırılır.

O, Osama bin Laden-in gizləndiyi mülkdəkilərin identifikasiyası məqsədilə orada saxta vaksinasiya keçirmişdi.

O vaxt ABŞ komandosunun mülkə Pakistanın icazəsi olmadan hücum etməsi Vaşinqtonla İslamabad arasında münasibətləri korlamışdı.

Samiullah Afridi Pakistana ölümündən az əvvəl qayıtmışdı.