Bina Səhiyyə Nazirliyinin balansına verildi

bina-sehiyye-nazirliyinin-balansina-verildi
Oxunma sayı: 1654


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tikiliş və dizaynına görə seçilən bu möhtəşəm yeni klinikanın Səhiyyə Nazirliyinin balansına verilməsi yerli əhali üçün böyük hədiyyə kimi qiymətləndirilib. Beləki, 2013-cü ilin sentyabr ayından Biləsuvar Rayon Mərkəzi Xəstəxanası təmirə bağlandığından rayon əhalisi müəyyən çətinliklərlə üzləşirdilər. Bu da öz növbəsində müəyyən vaxt itkisinə səbəb olurdu.

Qısa vaxt ərzində Səhiyyə nazirliyi xəstəxananı müasir tələblərə cavab verən lazımi tibbi avadanlıq və ləvazimatlarla tam təmin edib. Hazırda hər cür müasir tibb avadanlıqlarla təchiz edilmiş 38 çarpayılıq yeni xəstəxana rayon sakinlərinin tələbatını ödəyir. Xəstəxanada uşaq poliklinikası, uşaq stasionar və doğum şöbələri fəaliyyət göstərir.