Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər