Binadan üzərinə daş düşən 14 yaşlı oğlan vəfat etdi

binadan-uzerine-das-dusen-14-yasli-oglan-vefat-etdi
Oxunma sayı: 7090

Bakıda həyətdə gəzərkən binanın fasadından qopan daş parçası üzərinə düşən 14 yaşlı Əli Şabanov xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçası düşüb.

“Kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya yerləşdirilən Ə.Şabanov bu gün vəfat edib.

Məlumatı hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya təsdiqləyiblər.

Murad Əhməd