Binali Yıldırımdan Paşinyana cavab

binali-yildirimdan-pasinyana-cavab
Oxunma sayı: 2803

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Türkiyə ilə şərtsiz diplomatik əlaqələr qurmağa hazırıq” sözlərinə baş nazir Binali Yıldırımdan cavab gəlib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım jurnalistlərə açıqlamasında bunları deyib:

“Əvvəlcə görək Ermənistan illərdir Türkiyəyə yönəlmiş yanlış movqeyindən vaz keçirmi? Ermənistan yeni səhifə açmaq istəyirsə, Türkiyənin ərazi bütövlüyü əleyhinə yanlış fikirlərdən uzaq durarsa, buna uyğun qarşılıq verəcəyik. Başda qonşularımız olmaqla, heç kəslə ədavət içində olmağı arzulamırıq. Ermənistanın belə bir niyyəti varsa, ölkəmizin mənafeyi baxımından dəyərləndirə bilərik”. 

Nuanə