Binanın damında ürək çatışmazlığından - Öldü

binanin-daminda-urek-catismazligindan-
Oxunma sayı: 2387

Bakıda kişi binanın damında köməksiz vəziyyətdə qalıb və ürəyi tutub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə təxminən bir saat öncə Abşeron rayonunda baş verib. Bir nəfər yaşadığı binanın damında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib. Xilasedicilər binasının damından vətəndaşı cəsədini aşağı endirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:28-də başa çatıb.


Murad Əhməd