Binanın sayğacları yandı

binanin-saygaclari-yandi
Oxunma sayı: 1069

Bakı şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında elektrik sayğacları yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.