“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda altımərtəbəli binanın ümumi sahəsi 600 kv.m olan zirzəmisinə yığılmış tikinti materialları 20 kv.m sahədə yanıb. Binanın zirzəmisində olan digər tikinti materialları və bina yanğından mühafizə olunub.
Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər