Binaya çıxıb özünü öldürmək istədi

binaya-cixib-ozunu-oldurmek-istedi
Oxunma sayı: 1478

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.