““Binə” bazarında medianın yaydığı kimi yanğın olmayıb”

bine-bazarinda-medianin-yaydigi-kimi-yangin-olmayib-
Oxunma sayı: 832


“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Fövqaladə Hallar Nazirlyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.

“Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə baxış keçirib, məlum olub ki, orada qısaqapanma olub. Qısaqapanmanın qarşısı alınıb. Ümumiyyətlə, nazirliyin yanğın briqdasının hadisə yerinə cəlb olunmasına ehtiyac olmayıb”.

Qeyd edək ki, bu gün “Binə” ticarət mərkəzinin 3-cü korpusunda yanğın baş verdiyi barədə məlumat yayıb.