Binədə həyat yoldaşını öldürən kişi saxlanıldı - Yenilənib

binede-heyat-yoldasini-olduren-kisi-saxlanildi
Oxunma sayı: 3967

Fevralın 11-i saat 07 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən A. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Xəzər rayon prokurorluğundan bildirilib ki, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Aydın Məmmədov şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.