Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən sexdə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1200m² olan anbarın içərisində olan plastik yeşiklər, karton və taxta taralar 300m² sahədə yanıb, yüksək temperaturdan anbarın metal konstruksiyadan ibarət dam örtüyü 700m² sahədə deformasiyaya uğrayıb.
Anbarın qalan hissəsi və ona bitişik karton istehsalı sexi yanğından mühafizə olunub.

Son xəbərlər
Son Xəbərlər