Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın baş verib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər