Binəli Yıldırım parlament sədri oldu

bineli-yildirim-parlament-sedri-oldu
Oxunma sayı: 2647

AKP-nin İzmirdən olan millət vəkili və parlamentli respublika idarəetmə üsulunda sonuncu baş nazir olmuş Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım 335 səs toplayaraq bu vəzifəni tutub.

Səsvermədə 584 millət vəkili iştirak edib. 

Qeyd edək ki, B.Yıldırım TBMM-nin 28-ci spikeridir.