Binəli Yıldırım tamaşaçılarla birlikdə mahnı oxudu - Video

bineli-yildirim-tamasacilarla-birlikde-mahni-oxudu
Oxunma sayı: 2013

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırım müğənni Murat Dalkılıçın Ərzincanda təşkil etdiyi konsertində tamaşaçılarla birlikdə xalq mahnısı ​oxuyub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Cümhuriyyət meydanında təşkil edilən konsertdən əvvəl səhnəyə çıxan Binəli Yıldırım “Ərzincana gəldim, nə gözəl bağlar” və “Uzun, incə  bir yoldayam” mahnılarını səsləndirib.

Tamaşaçılar “Bir daha, yenə” deyə israr etsələr də, Yıldırım “Gənclər, sənətçini səhv saldınız, sənətçi gəlir” deyib.