Türkiyə Baş naziri Binəli Yıldırım bu dəfə sosial media vasitəsilə vətəndaşlara səslənib.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir tvitter hesabından paylaşdığı video ilə vətəndaşları meydanlara çıxmağa çağırıb:
“Həpslər davam edir. Vətəndaşlarımızdan hadisə tamamilə sona çatana kimi meydanları tərk etməməyi, xüsusilə də Ankara və İstanbulda meydanlara toplanmağı xahiş edirəm. İşlərimiz planlaşdırılan şəkildə davam edir. İnşallah bu caniləri, bu terror təşkilatı mənsubları tezliklə təsirsiz hala gətirəcək”.
Son xəbərlər
Son Xəbərlər