Binəli Yıldırım xanımı ilə səs verib halallıq istədi - Video

bineli-yildirim-xanimi-ile-ses-verib-halalliq-istedi
Oxunma sayı: 1503

AKP-nin İstanbulun bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım Tuzlada səs verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1049 nömrəli sandıqda həyat yoldaşı Semiha Yıldırımla birlikdə səs verən Yıldırım jurnalistlərə açıqlamasında bunları deyib:

“İstanbulluların verəcəyi qərarın başımız üstündə yeri var. Vətəndaşlıq vəzifəmizi yerinə yetirib səsimizi verdik. İnşallah, bu gün səsvermə vaxtı bitdikdən sonra səslər hesablanacaq və 5 il üçün İstanbulu idarə edəcək şəxsin kimliyinə istanbullular qərar verəcək. Kampaniya müddətində rəqiblər arasında qəlbə dəymələr ola bilər. Ancaq düşünürəm ki, bu gün bu incikliyə son vermək zamanıdır. Bilib-bilmədən istanbullulara, rəqiblərimə haqsızlıq etdimsə, halallıq istəyirəm. Seçkilər xeyirli olsun”.