Bu barədə “Qafqazinfo”ya müraciət edən sakinlər bildirib ki, qəsəbədə avtobus problemi neçə illərdir ki, davam edir: ”200 minə yaxın əhalisi olan Sovxoz və Binə qəsəbəsindən Koroğlu metrosuna cəmi bir xətt işləyir. 160 nömrəli marşrut Sovxozdan start götürüb Binədən keçir. Qəsəbədə isə bu marşruta minmək mümkün deyil. Milli Stadionun yaxınlığında yerləşən Binə qəsəbəsində Avropa oyunlarının keçiriləcəyi bir vaxtda bu cür vəziyyətin olması həqiqətən yolverilməzdir. Sakinlər əlaqədar qurumlardan problemin tezliklə həll edilməsini xahiş edirlər”.
Son xəbərlər
Son Xəbərlər