Binəqədi rayonunda hesabat iclası keçirilib

Binəqədi rayonunda hesabat iclası keçirilib
Oxunma sayı: 1295

14.07.2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şura iclasını açaraq, iclasın gündəliyini elan edibvə giriş nitqi ilə çıxış edib. Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 1-ci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd eedib.

Sonra Hesabat məruzəsi ətrafında başçının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Su-kanal İdarəsinin rəisi Elnur Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin müdir müavini Rafiq İsayev çıxış edib. Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun vurub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi