Binəqədi Rayon İcra Hakimiyyətində “Postneft dövründə iqtisadi islahatlar: Çağırışlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirilib.
"Qafqazinfo" xəbər verir ki, “Məlumat saatı”nda Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, İqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Vüqar Bayramov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr, RİH başçısının QİƏD və SİƏD üzrə nümayəndələri, ASAN könüllüləri və YAP fəalları iştirak ediblər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısnın müavini Aygün Əliyeva açaraq, dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından qonaqlara təşəkkür edib. A.Əliyeva qeyd edib ki, məhz Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə iqtisadi vəziyyət stabilləşdi və iqtisadi islahatlar aparılmağa başladı. Cənab prezident İlham Əliyevin qətiyyəti ilə bu gün Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada ilk yerlərdən birini tutur.
Növbəti çıxış etmək üçün söz Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyevə verilib.
Daha sonra mövzu ətrafında mühazirə ilə çıxış edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ölkə iqtisadiyyatı 2014-cü ildən artıq yeni Postneft adlanan yeni bir mərhələyə qədəm qoymuşdur və neft sənayesi olan ölkələr arasında Azərbaycan ilk ölkədir ki, postneft iqtisadi yolunu elan etmişdir. Bundan əlavə, 2016-cı ildə ölkə başçısı tərəfindən imzalanan “Strateji Yol Xətirəsi” gələcəkdə Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına və qeyri-neft sektorunun daha da şaxələnməsinə təkan verəcək.
Tədbirin sonunda auditoriyanın sualları cavablandırılıb.
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər