Binəqədidə 12 minlik qapı oğurlanıb

bineqedide-12-minlik-qapi-ogurlanib
Oxunma sayı: 2185

Binəqədi rayonunda oğurluq olub. 

“Qafqazinfo” xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki qapı-pəncərə sexlərindən birində baş verib.  

Sexin qarşısından 12.300 manat dəyərində dəmir qapılar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini P.Məmmədov saxlanılıb.

Oğurluqlar oktyabrın 29-dan noyabrın 10-dək olan müddətdə qeydə alınıb.