Binəqədidə 35 hektar sahə yanıb - Yenilənib

bineqedide-35-hektar-sahe-yanib
Oxunma sayı: 2023

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

**

Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.