Binəqədidə 2 mərtəbəli evdə yanğın - Video

bineqedide-2-mertebeli-evde-yangin
Oxunma sayı: 1263

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin birinci mərtəbəsində yanğın baş verməsi müəyyən edilib. 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ümumi sahəsi 180 m² olan evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 32 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.