Binəqədidə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş - Fotolar

Binəqədidə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş
Oxunma sayı: 862

Yanvarın 18-də Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev və Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Aslan Mehdiyev iştirak ediblər.  

Tədbirdə Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi RİH baçışısının müavini Sevinc Süleymanova çıxış edərək bildiriblər ki, 1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin  oyanışı günüdür: “1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi  qəddarlıq xalqımızda azadlıq əzmini zəiflətməyib, əksinə xalq haqq səsini daha ucadan bəyan edib. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək Şəhidlik zirvəsinə ucalıblar”.

Daha sonra “20 Yanvar Cəmiyyəti”nin sədri Mübariz İsmayılov çıxış edərək şəhid ailərinin, sağlamlığını itirən əllilərin pensiya təminatının, sosial təminatlarının, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərin reabilitasiyası ilə bağlı göstərilən dövlət qayğısından söhbət açıb.