Binəqədidə ağacları kəsməyə başladılar - - Fotolar

bineqedide-agaclari-kesmeye-basladilar-
Oxunma sayı: 2305



Bu barədə “Qafqazinfo” ya oxucular məlumat verib. Onların sözlərinə görə, bu gün səhər saatlarında Mir Cəlal küçəsi 109 ünvanında ağaclar kütləvi şəkildə kəsilib. Hazırda ağacların kəsilməsi prosesi davam edir.

Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində ağacların kəsilməsi ilə bağlı sərt çıxış etmişdi. Prezident qeyd etmişdi ki, ictimaiyyəti də, onu da narahat edən məsələ ağacların kəsilməsi məsələsidir: “Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. 

“Qafqazinfo” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb. İ. İbrahomova bildirib ki, hadisə araşdırılacaq: “Nazirliyin müfəttişləri həmin əraziya göndəriləcək. Nəticə barədə ictimaiyyətə məlumat verəcəyik”.

“Qafqazinfo” kəsilmiş ağacların fotolarını təqdim edir:


Günel