Binəqədidə ağacların yanması nəticəsində dəyən ziyan bəlli oldu

bineqedide-agaclarin-yanmasi-neticesinde-deyen-ziyan-belli-oldu
Oxunma sayı: 1304

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verən yanğın zamanı ağacların yanaraq məhv olması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, xidmətin rəsmisi Bəhruz Məhəmmədov araşdırma zamanı sözügedən ərazinin xüsusi mülkiyyətdə olduğu və yanğın zamanı 12 ayland ağacının yanaraq məhv olması nəticəsində təbiətə 2880 manat məbləğində ziyan dəydiyini bildirib.  

Faktla bağlı akt tərtib edilib və toplanmış sənədlər Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndərilib.