Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən şəhid Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə rayon ictimaiyyəti, Azərbaycan Universitetinin təsis etdiyi “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd”ə layiq görülən tələbələri və pedoqoji heyəti, şəhidlərimizin döyüş yoldaşları, məktəblərin müəllim və şagird kollektivi Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğulları- Fəxrəddin Qurbanlı və Emin Bağırovun və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Sonra çıxış edənlər - YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildiriblər ki, Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı olub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək onun siyasi kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq və qətiyyət göstərib. Xalq-ordu birliyi sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin edib.
Aprel döyüşlərindəki qələbəmizdən sonra ilk dəfə doğma yurd həsrəti çəkən bir qrup məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıtdı və tez bir zamanda bütün məcburi köçkünlərimiz bu gün sürətlə günü-gündən abadlaşan, gözəlləşən və hər bir şəraiti olan döğma ocaqlarına qayıdacaqlar.
Çıxış edənlər - şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov və şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırov şəhidlərimizin xatirəsini hər zaman uca tutan və hər zaman şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər