Binəqədidə aprel şəhidlərinin məzarları ziyarət edilib

Binəqədidə aprel şəhidlərinin məzarları ziyarət edilib
Oxunma sayı: 1020

Binəqədi rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin birgə təşkilatçılığı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi rayon təşkilatı gənclər birliyi üzvlərinin iştirakı ilə Aprel qələbəsinin ildönümü çərçivəsində Binəqədi rayonundan olan aprel şəhidlərinin məzarları ziyarət edilib.

"Qafqazinfo" xəbər verir ki, 2016-cı il aprel döyüşlərinin 2-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Novruz Rəhimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup fəal gənc və eləcə də şəhidlərin valideynlərinin iştirakı ilə Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Emin Bağırovun və Fəxrəddin Qurbanlının xatirəsi anılıb, ziyarət edilərək məzarları önünə əklillər qoyulub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi