Binəqədidə avtobusla yük maşını toqquşdu - 3 yaralı

bineqedide-avtobusla-yuk-masini-toqqusdu
Oxunma sayı: 1335

Bu gün səhər saatlarında Binəqədi şossesində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə “Qafqazinfo”ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, “Manella MMC”nin müvəqqəti istismarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.  

“Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Əməkdaşlar hadisə yerinə yollanıb. “Manella MMC”nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər  müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

1 nəfər isə hospitalizasiyadan imtina edib. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.