Binəqədidə binadakı yanğında 12 nəfər təxliyyə edildi

bineqedide-binadaki-yanginda-12-nefer-texliyye-edildi
Oxunma sayı: 1232

Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb. 

Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.