Binəqədidə birgə monitorinq aparılıb - Fotolar

bineqedide-birge-monitorinq-aparilib
Oxunma sayı: 1938

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən təşkil edilmiş monitorinq qrupları rayon  ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində reydlər keçiriblər.

Monitorinqlər zamanı küçə və prospektlərdə, park və məhəllələrdə aparılan müşahidələrin nəticəsindən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Növbəti mərhələdə hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki,  daha əvvəl Səbail, Yasamal, Suraxanı və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri əsasında bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış,  yaşıllıqlar salınmış,  işıqlandırma sistemləri qurulmuş və digər abadlaşdırma işləri görülüb.