Binəqədidə “Böyük ömrün dastanı” kompozisiyası təqdim olundu - Fotolar

bineqedide-boyuk-omrun-dastani-kompozisiyasi-teqdim-olundu
Oxunma sayı: 1244

Binəqədidə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Heydər Əliyev adına istirahət parkında yerləşən ümummilli liderin abidəsi önünə gül dəstələri qoyularaq yad edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Aparatının şöbə müdirləri və əməkdaşları iştirak edib.

Daha sonra Binəqədi rayonunun inzibati ərazisində fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbirdə əvvəlcə müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiyanı təqdim edib.