Binəqədidə Çernobıl faciəsinin 32-cu ildönümü ilə bağlı tədbir keçirilib

bineqedide-cernobil-faciesinin-32-cu-ildonumu-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1326

YAP Binəqədi rayon Təşkilatının konfrans zalında Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 32 ildönümü ilə bağlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, müdir müavini Şəmsi Gülverdiyev, ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin sədri və üzvləri, İctimai birliklərin sədrləri iştirak ediblər.

Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verib və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan bəhs ediblər. 

Çıxışlar bitdikdən sonra RİH başçısının müavini V. İsmayılov Çernobıl əlillərinin sosial müdafiəsi üzrə respublikada görülmüş işlər barədə iştirakçılara məlumat verərək tədbiri yekunlaşdırıb.