Binəqədidə çoxmərtəbəli binada yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə 7-ci mikrorayonda yerləşən yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.
Təhlükəsizlik səbəbindən sakinlər təxliyə edilib.
Hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyi yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənərək mənzilə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 m² olan üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları, plastik pəncərə çərçivəsi 6 m² sahədə, 1 ədəd “BOSCH” markalı kondisionerin mühərriki, 1 ədəd “SHİVAKİ” markalı soyuducu yanıb. Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər