Binəqədidə döyüş sursatı aşkarlandı

bineqedide-doyus-sursati-askarlandi
Oxunma sayı: 790


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçiriblər. Məlum olub ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 13:50-də başa çatıb.