Binəqədidə evdən 28 minlik oğurluq edilib

bineqedide-evden-28-minlik-ogurluq-edilib
Oxunma sayı: 1354

Binəqədidə evdən külli miqdarda oğurluq edilib. 

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf aparılıb. 

Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.