Binəqədidə faciə- - 3 nəfər yanaraq öldü

bineqedide-facie-
Oxunma sayı: 2533


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki,  paytaxtın Binəqədi rayonunda vətəndaşlara məxsus taxta konstruksiyalardan ibarət ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. 

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.